Yığcam avtomobilləri ilə məşhir olan smart markası ilk kupe-krossoverini təqdim edib. #3 indeksini almış model Çin və Avropada satılacaqdır. O, smart #1 modelindən daha aerodinamik silueti və spesifik avadanlığı ilə fərqlənir. Adi kupe-kross ilə yanaşı, onun Brabus versiyası da buraxılacaqdır. Belə elektromobillər 428 at qüvvəsi və 543 Nm fırlanma anı hasil edən ikimühərrikli elektrik güc qurğusu ilə hərəkətə gələcək və 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənəcəkdir.
Çin-alman brendin ilk kross-kupesi Huanqpu çayının sahilində yerləşən Tank Shanghai İncəsənət mərkəzində keçirilən xüsusi tədbirdə debüt edib. #3 modelinin silueti fastbəki xatırladır. O, maili dam xəttinə, nazik CyberSparks LED matrisa fənərlərinə malikdir. Kuzovun rəng palitrasına isə, bir neçə yeni çalar daxil edilib. Bunlar, narıncı Foton Orange metalliki və tutqun mavi Elektric Blue rəngidir. İnteryerdə də yeni rəng var - qəhvəyi Vibrant Brown.
Kupeşəkilli smart #3 krossoveri 12,8-düymlük mərkəzi displeyə malikdir. Ultrabənövşəyi şüaların 99 faizini bloklayan panoram damın sahəsi 1,6 kvadrat metrdir. Elektrokarın təchizatına quraşdırılmış baş dayaqları olan oturacaqlar və musiqinin ritmində döyünən 64 rəngli salon işıqlandırması daxildir. Yeri gəlmişkən, 13 dinamikli Beats audiosistemi avtomobildəki səsli müşayətə cavabdehdir. Bundan əlavə, kross-kupenin özünəməxsus avatarı var – bu, media sisteminin dərinliklərində "yaşayan" və səs köməkçisini canlandıran geparddır.
#3 indeksli smart modelinin əsasını “açıq” SEA (Sustainable Experience Architecture) arxitekturası təşkil edir. Platforma Geely tərəfindən xüsusi olaraq elektromobillər üçün yaradılıb. Məsələn, Zeekr 001 də onun üzərində inşa edilib. Adi versiya ilə yanaşı, yeni smart krossoveri Brabus versiyasını da alacaqdır. Bu isə, . 428 at qüvvəsi və 543 Nm fırlanma anı hasil edən ikimühərrikli elektrik güc qurğusu deməkdir. Kupe-kross 100 km/saat həddini 3,7 saniyəyə toplayır.
Kupeşəkilli smart #3 krossoverinin tam ölçülü təqdimatı bu gün işinə başlayan Auto Shanghai sərgisində keçiriləcəkdir. Yeni krossover ilin sonuna qədər Çin bazarına çıxmalıdır. Amma elektromobilin Avropa versiyası payızda Frankfurtda nümayiş etdiriləcək, lakin o yalnız 2024-cü ildə satışa çıxacaqdır. Köhnə Dünyada satılacaq avtomobil haqqında hələlik heç bir məlumat verilməyib. Şirkətdən təfərrüatların daha sonra açıqlayacaqlarına söz veriblər.
©autograph