ABŞ-də 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizinin elektrikli avtomobillərin təşkil edəcəyi hədəflənir.
Fins.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
O, ABŞ-nin elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları barədə məlumat verib və bu investisiyaların yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq məqsədilə həyata keçirildiyini bildirib.
"TurkicWorld" yayımlayıb ki, Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-də elektrikli avtomobil satışı üç dəfə, elektrikdoldurma məntəqələrinin sayı isə 40 faizdən çox artıb.