AVTO

17 Aprel

GAC GS8 krossoveri yolsuzluq versiyasını alıb - FOTO

Çin markasının mətbuat xidməti Şanxay avtosalonunda debüt edəcək GAC GS8 Traveller xüsusi versiyası haqqında rəsmi məlumatı yayıb. Baş vermiş təkmilləşdirmələr səyahətçilər üçün nəzərdə tutulub və G8 modelinin ofroud imkanlarını artırmalıdır.

Fins.az xəbər verir ki, GAC GS8 Traveller modelinin yalnız benzin mühərriki və tam ötürmə sistemi ilə təklif ediləcəyi gözlənilir. Ofroud verisyasının təxmini qiyməti 250.000 yuan (62.000 manat) olmalıdır.

GAC GS8 krossoverinin ikinci nəsil Çin bazarına 2021-ci ilin payızında çıxıb və son vaxtlara qədər beş, altı və ya yeddi yerlik salonu, benzin və ya hibrid güc qurğusu olan krossoverləri sifariş etmək mümkün idi. Yeni Traveller modifikasiyası isə, satışların artmasına kömək edə biləcək fərqli görünüşə sahib olub.

Krossover iri GAC yazısı olan fərqli radiator barmaqlığını və orijinal bamperləri, habelə gücləndirilmiş dam reylinqlərini, dəyişdirilmiş yan ətəkləri və beşinci qapıdakı kofru əldə edib. Brend loqotipləri yalnız iki rəngli təkər disklərində qalıb. İşıq mənbələri də çoxalıb: damdakı konseptual diod işıqları duman əleyhinə fənərlər ilə tamamlanıb.

Texniki cəhətdən heç bir dəyişiklik elan edilməyib: birbaşa püskürtməli 2,0- litrlik benzin mühərriki 252 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc aqreqatının dartma qüvvəsi 8-pilləli Aisin avtomatik transmissiyası vasitəsilə ön oxa ötürülür, arxa təkərlər isə, BorgWarner elektro-hidravlik muftası vasitəsi ilə qoşulurlar.

©autograph