AVTO

17 Aprel

Volvo şirkəti EX90 Exellence krossoverini nümayiş etdirib - FOTO

Volvo şirkəti dəbdəbəli EX90 Excellence elektrik krossoverini nümayiş etdirib. O, dörd oturacaqlı salonu, yüksək səviyyəli təchizatı və bahalı tərtibat materialları təklif edir, zahiri cəhətdən isə, Mercedes-Maybach üslubunda iki rəngli kuzovu və təkər disklərinin dizaynı ilə seçilir. EX90 Excellence üçün prioritet bazar Çindir. lakin bu, onun digər bazarlarda satılmayacağı anlamına gəlmir.

Fins.az xəbər verir ki, modelin xüsusiyyətlərindən yalnız yürüş məsafəsi məlumdur - CLTC dövrünə əsasən 650 kilometr.

Yeni Volvo EX90 Excellence ilə səyahət etmək yalnız birinci sinflə uçmaq ilə assosiasiya olunmalıdır. İsveçlilər orta yeni bir şey qoymayıblar, buna görə də sələfi XC90 Excellence modelində olduğu kimi, onu ikinci cərgənin fərdi oturacaqları, soyuducu, habelə Dolby Atmos həcmli səs texnologiyasını dəstəkləyən Bowers Wilkins səs sistemi ilə təchiz ediblər.
Bu, top versiya olduğundan, interyer tərtibatında təbii ağac şponu, yun qarışıqları və təkrar emal edilmiş plastik şüşələrdən, bioxammallardan və mantar ağacından əldə edilən Nordico tekstilindən istifadə olunub. Kresloları ayıran konsoldakı büllur üç fərqli ətiri olan aromatizatoru idarə edir. Bu dəstək büllurdan hazırlanmış qabları və bəzək əşyalarını istehsal edən Orrefors şirkəti tərəfindən hazırlanıb.

Excellence versiyasını adi EX90 modelindən iki rəngli kuzovu və 22 düymlük xüsusi təkər diskləri sayəsində tanımaq olar. Krossoverin ilk bazarı Çin olacaqdır. Yerli CLTC dövrünə əsasən, krossover tam dolu natareya ilə 650 kilometr qət edə biləcəkdir. Model iki güc qurğusu ilə təklif edilir ki, hər iki qurğu da ikimühərriklidir. Mühərriklər nominal tutumu 111 kilovat-saat (107 kilovat-saat əlçatandır) olan CATL batareyasından qidalanırlar.

©autograph