AVTO

17 Aprel

Lancia yeni konsepti nümayiş etdirib - FOTO

İtaliyanın Lancia şirkəti yeni korporativ üslubda dizayna malik olan idman avtomobilinin konseptini nümayiş etdirib. İtalyan markası Lancia markasının növbəti onillikdə firma üslubunu müəyyən edəcək yeni konsept avtomobilinin nümayişi ilə markanı dirçəltməyə və yenidən bərpa etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, futuristik Lancia Pu+Ra HPE prototipi brendin ikonaya çevrilmiş modellərə olan müasir baxışın memarlıq, sənaye dizaynı və yüksək dəbdə mövcud tendensiyalarla necə birləşdiyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Yeni korporativ kimliyin bütün əsas tezisləri prototipin adında şifrələnib - müasir Pu + Ra konsepsiyası (Pure - təmiz və Radikal - radikal) tarixi HPE indeksi ilə birləşdirilib.
Yeni model, brendin bütün gələcək yenilikləri kimi, elektrik güc qurğusu ilə təchiz olunub. Konsept maye metal və ən son nəsil piqmentlərdən istifadə etməklə əldə edilən isti qızılı çalara malik olan mavi-yaşıl rəngə boyanıb.

Progressive Green çaları tarixi Lancia Flaminia Azzurro Vincennes modelinə hörmətin əlamətidir. İtalyan markası konseptin kuzov cizgilərində Lancia Aurelia və Lancia Flaminia modellərinə istinadlar tapmağı təklif edir. Arxa tərəfin dizaynında isə, əfsanəvi Lancia Stratos modelinin tanış cizgilərini görmək olar.
Lancia Pu + Ra HPE konseptində tətbiq edilmiş firma loqotipi bir müddət bundan əvvəl yenilənmiş formada təqdim olunub, habelə nişanların yeni korporativ şrifti və üç işıq şüası şəklində olan yeni raditor barmaqlığı ilə birləşdirilib.

İnteryerə gəlincə, italyan avtomobil istehsalçısının mütəxəssisləri onun üzərində italyan dəbli dizayner mebeli istehsalçısı Cassina şirkəti ilə birlikdə işləyiblər.

Prototipin interyer tərtibatında ekoloji cəhətdən ən təmiz materiallardan istifadə edilir. Kreslolar Panno Lancia yun parçası, qapı panelləri isə mərmər tozundan və təkrar emal olunmuş parçadan hazırlanmış Marm/More materialı ilə üzləniblər.

Dekorda həmçinin moda sənayesində istifadə olunan bio-əsaslı M49 BioAcetate Renew Mazzucchelli sellüloza asetat materialından, təkrar emal edilmiş ağac panellərdən, Poltrona Frau nubukundan və yundan əl ilə toxunmuş döşəmə xalçasından istifadə edilib.

©autograph