"BMW", Fransız elektron velosiped şirkəti "Angell Mobility" ilə əməkdaşlıq edərək Mini Elektrikli Velosipedləri təqdim edəcək.
Fins.az "CNN"ə istinadən xəbər verir ki, şirkət böyüyən e-velosiped sənayesinə girərək öz izini genişləndirir.
"Mini-Angell" elektrikli velosipedləri haqqında hələ ətraflı məlumat yoxdur. Bununla belə, modellərin performans, üslub və praktikliyə diqqət yetirəcəyi proqnozlaşdırılır.
Zəminə Hüseyn
Fins.az