“Kral Aslan” cizgi filminin qəhrəmanının adını daşıyan Mufasa krossoverinin rəsmi şəkilləri peyda olub. Çin bazarı üçün nəzərdə tutulmuş krossover bu ayın 18-də qapılarını ziyarətçilərin üçünə açacaq Şanxay avtosalonunda təqdim olunacaq və cari ilin yayında yerli bazara çıxacaqdır.
Fins.az xəbər verir ki, Mufasa modeli, 2017-ci ildən Çində istehsal olunan və ranqlar cədvəlində ix25 (Creta) və Tucson modelləri arasında yerləşən Hyundai ix35 krossoverini əvəzləmək üçün yaradılıb. Digər bazarlarda Hyundai bu kiçik yeri boş saxlayıb, lakin Hyundai ix35 modelinin Çində ildə 130-140 min nüsxəlik tirajla satıldığını nəzərə alsaq, belə bir yeri diqqətdən kənar qoymaq ağılsızlıq olardı.
Yeni Hyundai Mufasa modelinin uzunluğu 4475 millimetr, təkər bazasının ölçüsü isə 2680 millimetrdir (Creta-dan 50 millimetr çox). Yeni krossover atipik dizaynı və 17 və ya 18 düymlük təkər diskləri ilə seçilir. Texniki nöqteyi-nəzərdən krossover kifayət qədər mühafizəkardır: 2,0-litrlik atmosfer mühərriki (160 at qüvvəsi, 193 Nm) və altı pilləli “avtomat” elan edilib. Hibrid versiya daha sonra işıq üzü görəcəkdir. Bütün detallar tezliklə açıqlanacaqlar.
©autograph