AVTO

12 Aprel

BYD ofrouderi “tullanan” asqıya sahib olacaq - FOTO

BYD şirkəti Mercedes-Benz GLE modelindəkinə bənzəyən "tullanan" asqını təqdim edib.

Fins.az xəbər verir ki, hidropnevmatik sistemi əldə edəcək ilk avtomobil Yangwang U8 elektrik ofrouderi olacaq, digər modellərdə isə daha sadə texnologiyalar tətbiq ediləcəkdir. Adi pnevmatik dayaqlar Denza N7 krossoveri üçün, avtomobilin qarşısındakı yolu skan edən adaptiv asqı BYD Han sedanı, BYD Tang krossoveri və Denza D9 miniveni üçün ayrılıb.

BYD şirkəti Şençjendəki mənzil-qərargahında növbəti texnologiyalar gününü keçirib və burada DiSus çətir brendi altında toplanmış sistemlər çeşidini təqdim edib. DiSus markasına daxil olan texnologiyalar “yeni enerjili nəqliyyat vasitələrinə” (NEV, elektromobillər, plagin hibridlər və yanacaq hüceyrəli nəqliyyat vasitələri) yönəlib və Yangwang U8 ofrouderi onların ilk daşıyıcılarından biri olacaqdır.

DiSus sisteminin vəzifəsi kuzovun uzununa, eninə və şaquli yerdəyişmələrinə nəzarət etməkdir. Texnologiyalara Intelligent Damping Body Control (DiSus-C) adaptiv amortizatorlar, Intelligent Body Control (DiSus-A) pnevmatik asqısı və Hydraulic Body Control (DiSus-P) hidropnevmatik sistemi daxildir. Sonuncu, Mercedes-Benz şirkətinin E-Active Body Control sisteminə bənzəyir, lakin BYD şirkətindən bildirildiyinə görə, o, bütün göstəricilərə görə alman texnologiyasını üstələyir.

DiSus-P sistemi U8 ofrouderində debüt edəcək. O, hər bir təkər üçün ayrıca asqı səviyyəsini təyin etməyə və ümumiyyətlə yolsuzluq imkanlarını artırmağa imkan verəcəkdir. DiSus-A sistemi Denza N7 krossoverinə, DiSus-C isə BYD Han sedanı, BYD Tang krossoveri və Denza D9 minivinendə quraşdırılmalıdır. Üstəlik, onlar artıq lazımi avadanlıqlara malikdirlər, buna görə də sadə proqram təminatının yeniləməsi ilə bu opsiyaları əlavə etmək mümkündür.

Nəhayət, DiSus texnologiyalarının apofeozu DiSus-X sistemi olacaqdır. Texnologiya kuzovun yellənməsinə və yırğalanmasına (zero pith və zero roll)) imkan vermir, istənilən təkəri açmağa, yerində tullanmağa və hətta rəqs etməyə imkan verir. Sistem bir neçə gündən sonra Şanxay avtosalonunda debüt edəcək Yangwang U9 elektrik superkarında nümayiş etdirilib. Eyni zamanda, superkarın 100 km/saat həddinə iki saniyəyə sürətlənəcəyi və təxminən 700 kilometr məsafə qət edəcəyi vəd olunur.

©autograph