AVTO

11 Aprel

Ən çox qiymət itirən birillik avtomobillərin reytinqi açıqlanıb - FOTO

Amerikanın iSeeCars qeyri-kommersiya təşkilatının ekspertləri 2022 və 2023-cü model ilinin işlənmiş avtomobil satış bazarını təhlil edərək belə qənaətə gəliblər ki, birillik avtomobil yenisindən orta hesabla 8,1% daha ucuzdur: mütləq kəmiyyətdəki itkilər təxminən 3,7 min dollar təşkil edir. Bununla belə, daha tez dəyər itirən avtomobillər də var.

Fins.az xəbər verir ki, antireytinqin liderləri Avropa mənşəli premium avtomobillərdir. Tez alıb satma baxımından ən çox itirən model Audi e-tron elektrik krossoveri hesab olunur: elektromobil il ərzində 27,8% və ya demək olar ki, 22,8 min dollar itirir. Antireytinqin ilk beşliyinə həmçinin Alfa Romeo Stelvio (-26,9%), Mercedes-Benz C-Class (-24,6%) və Audi A4 (-24,3%) modelləri düşüblər - bu avtomobillər üzrə itkilər 12-15 min dollar təşkil edir.

İl ərzində ən çox itki ilə satıla bilən 10 avtomobilin siyahısında yalnız bir “amerikalı” var: Chevrolet Silverado 1500 pikapı (-23,1%). Qalan avtomobillər Yaponiya və Almaniyadandırlar. Antireytində Nissan Titan, Infiniti QX80, Nissan Murano, Infiniti Q50, Porsche Macan modelləri yer alıblar: onların erkən satışı zamanı, avtomobil sahiblərinin itkiləri 10-20 min dollar təşkil edir.

Belə itkilərə məruz qalmamaq və hətta satışdan gəlir əldə etmək üçün isə, Toyota bestsellerlərini və ya az sayda yeni modelləri satmaq daha məqsədəuyğundur. Mütləq lider çərçivəsiz Ford Maverick pikapıdır, çünki böyük tələbat sayəsində onun ikinci əl bazarındakı qiyməti artmaqdadır. Bir il sonra pikap sahibinə dörd min dollar xeyir gətirə bilər. Digər belə bir avtomobil - Mercedes-Benz G-Class (+8,6 min dollar) ofrouderidir.

©autograph