AVTO

06 Aprel

GMA T.33 Spider modeli debüt edib - FOTO

Superkar GMA T.33 modeli açıq kuzovlu versiyaya sahib olub. T.33 Spider modeli texniki cəhətdən kupe ilə eynidir və Cosworth ilə əməkdaşlıqda hazırlanmış eyni 3,9-litrlik V12 mühərriki ilə təchiz edilir.

Fins.az xəbər verir ki, modelin əsasını iStream monokoku təşkil edir. Ötürmələr qutusu - Xtrac mexaniki transmissiyasıdır. Bundan əlavə, tarqa karbon-keramika əyləcləri, passiv aerodinamika sistemi və Apple CarPlay və Android Auto dəstəyi olan media kompleksi ilə təchiz olunub.

GMA T.33 kupesi və tarqanın yaradılması paralel olaraq həyata keçirildiyi üçün avtomobillər yalnız xırda elementlərlə fərqlənirlər. Məsələn, açıq versiyada, aşma zamanı qoruyan və gövdənin sərtliyini artıran iri birləşmə qorunub saxlanılsa da, arxa havayönləndiricisi dəyişdirilib. Hər iki superkar alüminium borulardan və karbon panellərdən yığılmış iStream monokokuna əsaslanır.

Mühərrik də ümumidir - 48 voltluq startyor-generatorla tamamlanan 3,9-litrlik Cosworth GMA V12 atmosfer mühərriki. Aqreqat 11 100 dövr/dəqiqəyə qədər sürətlənir və maksimal 617 at qüvvəsi və 451 Nm fırlanma anı hasil etdirir.

Transmissiya altı pilləli Xtrac mexaniki ötürmələr qutusudur, bununla belə kupeni “robot” ilə sifariş etmək mümkündür. Bu, alıcılar arasında robotlaşdırılmış transmissiyanın populyarlığının aşağı olması ilə izah edilir. Superkarın arxa oxunda yüksək sürtünməli mexaniki diferensial quraşdırılır və avtomobil də kifayət qədər maraqlı aerodinamikaya malikdir.

Qabarıq dayaq, əksər superkarlar kimi, dizaynın təmizliyini pozardı. Buna görə də Gordon Murray Automotive şirkəti Passive Boundary Layer Control (PBLC) sistemini yaradıb. Ondan kupedə də istifadə olunur, diffuzordan və alt hissədəki bir neçə hava kanalından ibarətdir ki, bunlar birlikdə ənənəvi qraaund-effekt sistemlərindən 30% daha səmərəli işləyir. T.33 Spider modelinin yeganə hərəkət edən elementi arxa spoylerdir.

Digər maraqlı xüsusiyyətlərə ön baqajda yerləşdirilən çıxarılan dam panelləri, elektrik ötürməli arxa pəncərə və karbon-keramika əyləcləri daxildir.

Salonda klimat-kontrol və media sistemini idarə etmək üçün iki displeylə əhatə olunmuş analoq taxometr, həmçinin oturacaqların arxasındakı kuzov rəngindəki arakəsmə kokpitə həcm verir. Tarqanın tirajı kupe ilə eynidir - 100 nüsxə. Spaayderin istehsalı 2024-cü ildə başlanacaqdır.