AVTO

06 Aprel

Yeni MINI Contryman barədə məlumatlar peyda olub - FOTO

MINI Countryman elektrokarı baatareya doldurmadan 450 kilometr məsafə qət edəcəkdir. Eyni zamanda, krossoverin top, ikimühərrikli versiyası güc qurğusunu BMW iX1 ilə bölüşəcəkdir ki, bu da 313 at qüvvəsi və 494 Nm fırlanma anı, habelə 64,7 kilovat-saatlıq batareya deməkdir.

Fins.az xəbər verir ki,Yeni Countryman daha böyük və ekoloji cəhətdən təmiz olacaqdır: bütün əlavə dəyər zənciri üzrə CO₂ emissiyaları 85% azalacaqdır.

Növbəti nəsil MINI Countryman haqqında daha bir məlumat yeniliyin texniki hissəsinə işıq salır. Gözlənildiyi kimi, MINI krossoveri BMW iX1 ilə çoxlu ortaq cəhətlərə malik olacaqdır. Belə ki, tam ötürməli Countryman SE ALL4 313 at qüvvəsi və 494 Nm fırlanma anına malik  olan iX1 xDrive30 modelinin ikimühərrikli güc qurğusunu və 64,7 kilovat-saatlıq batareyanı alacaqdır. Lakin 191 at qüvvəsi hasil edən təkmühərrikli sadə Countryman E versiyası da olacaqdır.

"Böyük" elektromobilin elan edilmiş yürüş məsafəsi 450 kilometrdir (iX1 üçün - 417-440 kilometr). Yeni Countryman sələfindən 13 santimetr uzun olacaqdır. O, 70% təkrar emal edilmiş alüminiumdan hazırlanmış təkər disklərini və təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmış polyesterdən interyerin tərtibat materiallarını alacaqdır. Bunlar bütün dəyər zənciri üzrə karbon dioksidi emissiyalarının 85% azalması ilə nəticələnib.

Nəhayət, gələcək MINI Countryman markanın ilk Made in Germany modeli olacaqdır. Hazırda BMW 1 Series, 2 Series Gran Coupe və 2 Series Active Tourer istehsal edildiyi Leypsiq müəssisəsinə 800 milyon avro sərmayə qoyulacaq və elektromobillər üçün komponentlərin istehsalı genişləndirəcəkdir. 2024-cü ilə qədər burada daha səkkiz istehsal xətti yaradılacaq, işçi heyəti isə min nəfər artacaqdır. MINI yeni Countryman modelinin istehsalına 2023-cü ilin noyabrında başlamağı planlaşdırır.