Jeep şirkəti Pasxa Safarisi üçün yeddi konsept hazırlayıb. Layihələrin əsasını müasir Wrangler, Gladiator, Grand Wagoneer, eləcə də SJ nəslindən olan öhnə Cherokee avtomobilləri modelləri olub. Bütün konseptlərdə Jeep və Mopar firma aksesuarlardan istifadə edilir.
Fins.az xəbər verir ki, avtomobillər artırılmış klirensə, təkərlər və xüsusi detallara malikdirlər. Məsələn, Magneto 3.0 Concept prototipi elektrik mühərriki ilə təchiz olunub, Jeep Grand Wagoneer Overland Concept prototipinin damında quraşdırılmış çadıra birbaşa salondan daxil olmaq mümkündür.
Jeep şirkəti və Mopar atelyesi illik Pasxa safarisi (Easter Jeep Safari) üçün ənənəvi olaraq bir neçə ofroud konseptini hazırlayır. Bu dəfə yeddi konsept hazırlanıb və onlarda ən maraqlısı Jeep Scrambler 392 Concept prototipidir.
Əslində, bu, pnevmatik asqı və xarici diametri 40 düym olan iri təkərlərlə təchiz edilmiş Wrangler Rubicon 392 rok-krauleridir. Onun maksimal klirensi 420 millilitrdir. Avtomobilin qapıları və salonun arxa divarı yoxdur, kuzov panelləri isə karbon lifindən hazırlanıb.
Wrangler modellərinin əsasında daha üç konsept inşa edilib: Magneto 3.0 Concept, Rubicon 4xe Departure Concept və Rubicon 4xe Concept. Son ikisi yalnız firma aksesuarlardan istifadə edərək ofrouderlərin geniş təkmilləşdirmə imkanlarını nümayiş etdirir.
Ancaq üçüncü Magneto, batareyalı Recon ofrouderinin peyda olmasının carçısıdır. Konseptin yeni versiyasında elektrik mühərrikinin hasilatının tənzimlənməsi və iki səviyyəli rekuperasiya sistemini tətbiq edilib, həmçinin dizaynı bir qədər dəyişdirdilər.
Öz növbəsində, Jeep Gladiator Rubicon Sideburn Concept pikapı artırılmış klirensi və çoxsaylı kanistrləri, ofroud və düşərgə ləvazimatları yerləşdirən orijinal kuzovu ilə öyünə bilər.
Grand Wagoneer Overland Concept kemperi qatlanan çadırın qurulması üçün yeni sxem təklif edir: ona yalnız küçədən deyil, salondan da daxil olmaq mümkündür. Bunun üçün panoram damın bölmələrindən biri yenidən işlənilib.
Nəhayət, Cherokee 4xe Concept - 1978-ci ilin ofrouderinin zavod restomodudur. Kapotun altında Wrangler Rubicon 4xe modelindən götürülmüş 381 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu var. Avtomobil LED optika və müasir bamperlərlə təchiz olunub. Prototipin görünüşünü 37 düymlük şinlər taxılmış disklər tamamlayır.