Yaponiyanın aparıcı konserni "Toyota"nın fevral ayında dünya üzrə satışı 773,2 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə şirkətin yaydığı hesabatda deyilir.
Eyni zamanda, fevral ayının satış göstəricisi korporasiyanın tarixində rekord səviyyədir. Hesabat dövründə şirkətin avtomobil istehsal isə 2% artaraq 755 min ədədə çatıb.
Yaponiya bazarında "Toyota" 155,8 min yeni avtomobil satıb ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 53,2% çoxdur.