Tesla ilə rəqabətə girmək arzusu ilə yola çıxan elektrik avtomobil istehsalçısı Lucid Motors ixtisar edir. Şirkət işçilərinin 18 faizini ixtisar edəcək.
Fins.az CNN-ə istinadən xəbər verir ki, Lucid Motors, adını ölkəmizdə tez-tez eşitdiyimiz bir avtomobil istehsalçısı olmasa da, Amerikada elektrikli avtomobil bazarının nümayəndələrindən biridir.
Amerika avtomobil istehsalçısının rəhbəri, Peter Rawlinson şirkətin yaxın günlərdə 1300 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bu, şirkətin ümumi işçi qüvvəsinin 18 faizinə bərabərdir ki, bu da ixtisarın miqyasını ortaya qoyur.
Rawlinson tərəfindən işçilərə göndərilən e-poçta görə, şirkətin hər departamentindən və səviyyəsindən işçilər bu işdən çıxarma dalğasından təsirlənəcək.
Şirkət 2022-ci ildə 2,6 milyard dollar xərclədiyini açıqlayıb.
Zəminə Hüseyn
Fins.az