AVTO

17 Mart

Ford 1 milyondan çox avtomobili geri çağırır

ABŞ-ın avtomobil nəhəngi Ford Motor əyləc sistemində yaranan problemə görə avtomobillərini geri çağırmaq qərarına gəlib.

Fins.az CNN-ə istinadən xəbər verir.

Ford Motor əyləc mayesinin sızması riski səbəbindən 2013-2018-ci illər arasında ABŞ-da istehsal edilmiş 1,2 milyon Ford Fusion və Lincoln MKZ model avtomobili servisə çağırıb. O, xətanın təmənnasız olaraq aradan qaldırılacağını açıqlayıb.

Təfərrüatlara nəzər saldıqda, əyləc pedalının sızma səbəbiylə yüksəlmə ola biləcəyi, bunun sürücülük zamanı yavaşlamanı azaldaraq qəzalara səbəb ola biləcəyi izah edildi.

Zəminə Hüseyn
Fins.az