AVTO

14 Mart

Volkswagen-dən 180 milyard avro investisiya planı

Volkswagen beşillik investisiya planını 180 milyard avroya (193 milyard dollar) çatdırıb.

Önümüzdəki 50 ildə xərclərin təxminən 70 %-in elektrikli nəqliyyat vasitələri və proqram təminatına gedəcəyi bildirilir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Teslanın elektrik avtomobillərində liderliyi davam edərkən, Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen, elektrikli avtomobillərdə rəqabət qabiliyyətini artırmaq üçün beş illik investisiya planını 180 milyard avroya (193 milyard dollar) çatdırıb.

Beləliklə, şirkət son illik yenilənməsi ilə müqayisədə ümumi xərclərini 13 % artırıb.

Zəminə Hüseyn
Fins.az