Toyota Tesla Model 3 elektrokarından ucuz olan elektrik sedanının satışlarına start verib. FAW və BYD ilə birgə yaradılmış bZ3 elektrik sedanı Çin bazarına çıxıb. 184 at qüvvəli elektrik mühərriki və 517 kilometrlik (CLTC) yürüş ehtiyatına malik olan arxa ötürməli baza sedanı 169 800 yuan ( 41 400 manat) dəyərində qiymətləndirilib. Müqayisə üçün qeyd edək ki, Çin istehsalı olan 264 at qüvvəli mühərriki və mono ötürməsi olan Tesla Model 3 modelinin qiymətləri 229 900 yuandan (54 900 manat) başlayır.
Fins.az xəbər verir ki, Toyota bZ3 elektrik sedanı ötən ilin payızında debüt edib. Söhbət 4725 millimetr uzunluğunda axıntılı kuzova və geniş salona malik olan avtomobildən gedir. Avtomobil istehsalçısı dartma batareyasının 10 il ərzində tutumunun 10 faizindən çoxunu itirməyəcəyini və 30-dan 60 faizə qədər yarım saat ərzində doldurula biləcəyini vəd edir.
Baza sedanı 184 at qüvvəli (303 Nm) elektrik mühərriki, 50 kilovat-saat tutumlu litium-dəmir-fosfat batareyası ilə təchiz edilib və 517 kilometrlik (rəhmli Çin CLTC dövrü ilə) yürüş məsafəsinə malikdir. Opsional olaraq gücü 245 at qüvvəsinə qədər artırılmış elektrik mühərriki, 65 kilovat-saatlıq batareya və 616 kilometrlik yürüş məsafəsi olan versiyanı da sifariş etmək mümkündür. Bununla belə, hətta top versiyanın qiyməti 199 800 yuandır (48 800 manat). Bu, Çin istehsalı olan Tesla Model 3 elektrokarı üçün tələb edilən məbləğdən 15% azdır.
©autograph