Dünya bazarında ən etibarlı işlənmiş avtomobillərin siyahısı tərtib edilib. Araşdırmanı Whatcar nəşrinin ekspertləri MotorEasy sığorta şirkəti ilə birlikdə aparıblar. Müəlliflər işin gedişində Böyük Britaniyadan olan 25 min avtomobil sahibi ilə müsahibə aparıblar və onlar son iki il ərzində avtomobillərində aşkar etdikləri problemlərdən danışıblar.
Fins.az xəbər verir ki, dünya bazarında ən etibarlı işlənmiş avtomobillərin siyahısı tərtib edilib. Araşdırmanı Whatcar nəşrinin ekspertləri MotorEasy sığorta şirkəti ilə birlikdə aparıblar. Müəlliflər işin gedişində Böyük Britaniyadan olan 25 min avtomobil sahibi ilə müsahibə aparıblar və onlar son iki il ərzində avtomobillərində aşkar etdikləri problemlərdən danışıblar.
Ən etibarlı premium krossoverlər siyahısına Volkswagen Touareg başçılıq edir, onun sahiblərinin yalnız 12 faizi son iki ildə problemlə üzləşib. Bununla belə, respondentlərin əksəriyyəti problemlərin cüzi xarakter daşıdığını qeyd edib.
İlk üçlüyə Porsche Macan və Mercedes-Benz GLE krossoverləri daxil olublar. Sorğuda iştirak edən avtomobil sahiblərinin yalnız 13 və 7 faizi problemlərdən şikayətlənib. Bununla belə, GLE krossoverinin sahibləri tez-tez mühərrik və ya elektrik hissəsi bağlı daha ciddi problemlər ilə üzləşiblər.
Toyota RAV4 ən etibarlı tamölçülü krossoverlər arasında şəksiz liderdir. Model sahiblərinin iki faizinin yeganə şikayəti asqı ilə bağlı problemlər olub. Reytinqdəki sonrakı yerləri əvvəlki nəsil Honda CR-V və Lexus NX modelləri tutub. Adı çəkilən yapon avtomobillərinin sahibləri əsasən ötürmələr qutusu və ya elektronika ilə bağlı olan xırda problemlər ilə rastlaşıblar.
Bundan əlavə, mütəxəssislər kompakt avtomobillər kateqoriyasında ən problemsiz modellərdən danışıblar. Burada Toyota Aygo birinci yeri tutub ki, sahibləri onun əsas üstünlüklərinin aşağı qiyməti, səmərəlilik və yüksək etibarlılıq olduğunu bildiriblər.
Bundan əlavə, bu seqmentdə ilk üçlükdə Honda Jazz və Volkswagen Up! modelləri qərarlaşıblar. Bu avtomobillərin sahibləri kuzov, asqı, eləcə də mühərrik və əyləc sistemindəki problemlərdən şikayət etmələrinə baxmayaraq, adı çəkilən nasazlıqların əksəriyyətini istehsalçı tərəfindən verilən zəmanət vasitəsi ilə aradan qaldırıblar.
©autograph