AVTO

10 Mart

Ford 1,0-litrlik mühərriklə təchiz edilmiş krossoveri təqdim edib - FOTO

Avropada “bərkgedən” Puma ST krossoverinin Powershift indeksli ikipedallı versiyası debüt edib. Qeyd etmək gərəkdir ki, “bərkgedən” krossoverin eksteriyer dizaynı 2020-ci ildə debüt etmiş Puma ST krossoverindən heç nə ilə fərqlənmir, lakin onun texniki hissəsi tamamilə fərqlidir: üstünlük 7-pilləli preselektiv “robot” və “mülayim” hibrid sistemi ilə birlikdə işləyən 1,0-litrlik üçsilindrli EsoBoost mühərrikinə verilib.

Fins.az xəbər verir ki, bu günə qədər Ford Puma ST modeli Avropada yalnız 1,5-litrlik turbomühərrik (200 at qüvvəsi, 320 Nm) və 6-pilləli mexaniki transmissiya ilə təklif edilirdi. “Bərkgedən” krossover 100 km/saat həddini sürəti 6,7 saniyəyə toplamağa və maksimal 220 km/saata qədər sürətlənməyə qadirdir. 2023-cü ilin yazından başlayaraq, alıcılara başqa bir versiya da təklif ediləcəkdir.

İki pedallı Puma ST Powershift versiyası orijinaldan daha qənaətcil və ucuz olacaqdır. Bununla belə, yeni versiyanın dinamik xüsusiyyətləri bir qədər zəif olacaqdır. 1,0-litrlik "turboüçlük" 170 at qüvvəsi və 248 Nm fırlanma anı hasil edir. Sürətlənmələr zamanı isə, əlavə 10 at qüvvəsini kəmərli ötürməsi olan 48 voltluq starter-generator təmin edə bilər.

Nəticədə, krossover yerindən 100 km/saata sürətlənməyə 7,4 saniyə sərf edəcəkdir. Maksimal sürət isə açıqlanmayıb. Ancaq qarışıq rejimdəki yanacaq sərfiyyatı 100 kilometrə 6,3 litrdən çox olmayacaqdır - bu, mexaniki transmissiya ilə təchiz edilmiş Puma ST modelinin sərfiyyatından 8% azdır.

Ford şassidəki dəyişikliklərindən danışmayıb. Bu isə o deməkdir ki, Puma ST Powershift modeli də amplitudadan asılı Hitachi amortizatorları, fərqli arxa tir, daha məhsuldar əyləclər və yenidən kalibrlənmiş sükan idarəetməsi təchiz edilir. Eksteryer dizaynına gəldikdə isə, iki versiya arasında heç bir  fərq yoxdur: hətta salonda 8,0-düymlük sensor ekranı olan köhnəlmiş media sistemi quraşdırılıb.

Ford şirkətinin Avropa bölməsi Puma ST Powershift krossoverinin qiymətini açıqlamayıb, lakin insayderlər yeniliyin “adi” mexaniki transmissiyalı versiyadan bir qədər ucuz olacağına işarə edirlər. Almaniyadakı satış qiymətinin 34 min avro ətrafında olacağı gözlənilir.

©autograph