AVTO

09 Mart

Volvo yeni texnologiya mərkəzi quracaq

Volvo Cars Polşada yeni texnologiya mərkəzi "Tech Hub" açacağını bildirib.

Fins.az CNN-ə istinadən bildirir ki, proqram təminatının inkişaf etdirilməsinə planlaşdırılan Tech Hub, Volvo Cars-ın 2030-cu ilə qədər yalnız elektrik avtomobilləri istehsal edən bir marka olmaq və yeni texnologiyalara liderlik etmək hədəflərinə töhfə verəcək.

Təxminən 120 mühəndisin yerləşəcəyi Volvo Cars-ın yeni texnologiya mərkəzi olan Tech Hub-ın 2023-cü ilin sonuna qədər fəaliyyətə başlaması planlaşdırılır. Volvo Cars-ın Çin və İsveçdəki əsas mühəndislik mərkəzləri, eləcə də dünyanın digər texnologiya mərkəzləri ilə əlaqəli olan Tech Hub növbəti on il ərzində məşğulluğu 500-600 nəfərə çatdırmağı hədəfləyir.

Zəminə Hüseyn
Fins.az