AVTO

06 Mart

Azərbaycanda avtomobil ilə sərnişin daşımalar artıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar ayında 8,7 milyon ton yük, 120,3 milyon sərnişin daşınıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 1,2% və 22,9% artım qeydə alınıb.

Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edibdir. Yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 26,3% artıbdır.