Vyetnamlı bir kişi "Rolls-Royce" model avtomobilinin taxtadan hazırlanmış versiyasını təqdim edib.
Fins.Az lent.az-a istinadən bildirir ki, maşın 6 təkərdən ibarətdir və yığcam formadadır. Onu rahatlıqla idarə etmək mümkündür.
Maşının daxili xüsusi diqqətlə hazırlanıb. Belə ki, salonu naxışlı oturacaqlardan və onlardan asanlıqla çıxarıla bilən baş dayaqlardan ibarətdir. Mərkəzi hissədə əşyalar üçün kiçik qutu var. Qutunun qapağı çox sadə və tez açılıb-bağlanan mexanizmə sahibdir. Həmçinin, avtomobil üçün işlək faralar və işıqlar düzəldilib. Onun kiçik elektrik mühərriki də var.
Avtomobili hazırlayan şəxs oğlu ilə birlikdə tez-tez şəhər ətrafında qısa səyahət edir. O, bu maşını oğlu üçün hazırladığını bildirib.
Qeyd edək ki, yayımlanan 15 dəqiqəlik videoda sadə lövhələrdən tutmuş, yonulmuş ağacdan hazırlanmış "Spirit of Ecstasy" heykəlciyinin quraşdırılmasına qədər prosesin bütün mərhələləri göstərilir.