Yaponiyanın ən böyük avtomobil şirkəti "Toyota Motor"un ötən ilin dördüncü rübündə əməliyyat mənfəəti 22% artaraq 956,7 milyard yen (7,28 milyard dollar) təşkil edib.
Fins.Az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, zəif yen və daha yüksək satış həcmləri şirkətin qazancını artırıb.
Əlavə edək ki, 2021-ci ilin eyni dövründə şirkət 784,4 milyard yen mənfəət əldə edib.