Avtomobillərin rəngi dəyişdirildikdə on gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.
Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə on gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi qoyulub.