AVTO

01 Fevral

Avropada elektrik avtomobillərinin satışı artıb

Avropa İttifaqında (Aİ) ötən il elektrik avtomobillərinin ümumi bazarda payı 12,1%-ə çatıb. Ötən il benzinlə işləyən avtomobillərin satışı 12,8%, dizellə işləyən avtomobillərin satışı isə 19,7% azalıb.

Fins.Az “Bloomberg” dünya iqtisadiyyat saytına istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ildə yanacaq növlərinə görə Aİ ölkələrində yeni avtomobil satış məlumatlarını dərc edib.

Keçən il Aİ ölkələrində 36,4 faizi benzin, 22,6 faizi hibrid, 16,4 faizi dizel, 12,1 faizi tam elektrikli (BEV), 9,4 faizi üç plaq-in hibrid (PHEV), 2,8 faizi digər yanacaq və 0,2 faiz təbii qazla satılan avtomobillər olub.

Belə ki, sözügedən dövrdə Aİ ölkələrində elektrik və müxtəlif hibrid avtomobillərin ümumi bazarda payı 44,1 faizə çatıb.

2022-ci ildə elektrikli avtomobil satışları əvvəlki ilə görə 28 faiz artaraq 1 milyon 123 min 778, hibrid satışlar 8,6 faiz artaraq 2 milyon 89 min 653, plaq-in hibrid avtomobil satışları 1,2 faiz artaraq 874 min 182, digər alternativ yanacaq avtomobil satışları isə 13,7 faiz artaraq 257 min 458-ə yüksəlib.

Benzinlə işləyən avtomobil satışı 12,8 faiz azalaraq 3 milyon 371 min 153, dizel ilə işləyən avtomobil satışı 19,7 faiz azalaraq 1 milyon 522 min 686, təbii qazla işləyən avtomobil satışı 57,6 faiz azalaraq 18 min 298 olub.

Fuad Mədətov
Fins.Az