AVTO

30 Yanvar

Toyota-nın hibrid avtomobili Türkiyədə istehsal olunacaq

Kənar mənbələrdən də enerji yığa bilən model olan yeni Toyota C-HR, dünyada ilk dəfə "Toyota Automotive Industry Turkey" tərəfindən Sakaryada istehsal ediləcək.

Fins.az xəbər verir ki, bu barədə "Toyota Automotive Industry Turkey" şirkəti məlumat yayıb.

Açıqlamaya görə, istehsal olunacaq yeni C-HR üçün 317 milyon avroluq əlavə sərmayə ilə Toyota-nın Türkiyəyə ümumi investisiyası 2,3 milyard avroya çatacaq.

Toyota C-HR hibrid və şəbəkədən enerji doldurulan versiyadır.  

Yeni C-HR-nin Toyota-nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.