AVTO

27 Yanvar

"Nissan" yarım milyondan çox avtomobili geri çağırıb

Yaponiyanın "Nissan" avtomobil istehsalçısı hibrid mühərriklərdə enerji istehsal sistemində yaranan nasazlıq səbəbilə yarım milyondan çox avtomobilini geri çağırıb.

Fins.Az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, daxili bazarda satılan üç modeldən ibarət 527 491 avtomobil geri çağırılır və pulsuz təmir ediləcək.