AVTO

27 Yanvar

Rusiyada sanksiyadan daha çox təzə avtomobil sahibləri əziyyət çəkir

Rusiyada 2023-cü ilin sonunadək ehtiyat hissə qıtlığı davam edəcək. 

Fins.az xəbər verir ki, bunu Rusiya mətbuatına sığorta agentləri bildiriblər. 
Artıq həm topdansatış bazalarında, həm də sığortaçıların öz anbarlarında detallar tükənir. 

Bununla belə, qıtlıq markalara və modellərə görə dəyişir. Ən ciddi problem yaşı üçdən az olan avtomobillərlə bağlıdır. Bu səbəbdən, belə maşınlar qəzaya düşdükdə təmir müddəti uzanır. 

Markalara gəldikdə isə, qıtlıq ən çox BMW, “Land Rover”, “Mercedes-Benz”, “Jaguar”, “Volvo”, GM, “Lexus”, “Porsche” kimi bahalı brendlərdə hiss olunur. 
Rusiya, Koreya və Çin istehsalı olan avtomobillərlər bağlı hələ ki, çətinlik yoxdur.

© Avtosfer