AVTO

23 Yanvar

Renault avtomobillərinin satışı 6%-dək azalıb

Fransanın avtomobil istehsalçısı "Renault"un qlobal satışları ötən il 5,9% azalaraq 2,05 milyon ədəd təşkil edib.

Fins.az xəbər verir ki bu barədə şirkət məlumat açıqlayıb.

Bu avtomobillərin əsas bazarı isə Fransa, Almaniya, İtaliya, Türkiyə və Braziliya olub. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, Avropa İttifaqında minik avtomobillərinin qeydiyyatı ötən il 4,6% azalıb.