Yaponiyanın Kuhl tüninq atelyesi Tokyo avtosalonunda Toyota RAV4 üçün hazırladığı VRAVRA Mars adlı təkmilləşdirmə layihəsini təqdim edib. Hərbi avtomobillərdən ilham alınaraq yaradılmış kuzov dəsti krossoverə brutal görünüş bəxş edir. Toxunulmamış hissələr yalnız optikalardır. Bununla belə, dəyişikliklər yalnız görünüşlə məhdudlaşmır: yolsuzluq imkanlarını palçıq şinləri taxılmış yeni disklər və klrinsi artıran liftinq dəsti ilə genişləndirilmək təklif olunur.
Kuhl atelyesində qonaq olmuş RAV4 krossoveri yeni radiator barmaqlığı, çıxıntılı kapotu və aşağı hissəsi qara rəngə boyanmış böyük bamper ilə fərqlənir. Yan kandarlarda və arxa qanadlarda əlavə qoruyucu örtmələr peyda olsa da, tüner təkər tağlarının genişləndiricindən imtina etmək qərarına gəlib. Yeni 17 düymlük Vrarva DW disklərinə Dunlop Grantrek AT5 şinləri taxılıb, arxa görüntü güzgüləri isə mürəkkəb formalı gövdələrə sahib olublar.