2022-ci ilin birinci yarısında Azərbaycanda satılan lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
Fins.az xəbər verir ki, APA-nın avtomobil bazarından əldə etdiyi məlumata görə, 6 marka üzrə satışların ümumi sayı 562 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur.
“Mercedes” bu ilin ilk yarısında 191 ədəd satışla bazar üzrə liderliyini (34% bazar payı) qoruyub. Bununla belə, markanın satışları ötən ilin eyni dövrünə nisbətən 30% azalıb.
Premium seqmentdə Yaponiya brendi “Lexus” Azərbaycanda satış həcminə görə (185 ədəd) siyahıda ikinci olub. Ötən ilin eyni dövrünə nisbətən markanın satışları 42%-dən çox artıb. Siyahıda üçüncü olan BMW-nin satışları 31% azalaraq 135 ədədə düşüb. Qeyd edək ki, Almaniya markası ötən ilin birinci yarısında Azərbaycanda 196 avtomobil sata bilmişdi.
Bu dövrdə “Audi”nin satışları 12,6% artaraq 98-ə, “Land Rover”in satışları 16,2% artaraq 86-ya, “Porsche”nin satışları isə 35% artaraq 58 ədədə çatıb.