AVTO

16 Dekabr

Azərbaycan avtomobil idxalını 18 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 932,1 milyon ABŞ dolları dəyərində 66 866 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 % çox və 18,2 % azdır.

İlk 11 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 75,6 % dəfə artaraq 374 ədəd (50,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 19,3 % azalaraq 61 637 ədəd (743 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 10 483-ü (134,6 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 409-u (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 8,6 % azalması, ikincinin isə 2,7 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 9,3 % azalaraq 4 556 ədəd (95,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,1 dəfə artaraq 299 ədəd (42,7 milyon ABŞ dolları dəyərində) olub.