AVTO

16 Dekabr

Moped idarə etməyə görə sürücülük vəsiqəsi tələb olunacaq – Parlament layihəni qəbul etdi

Milli Məclisin iclasında ölkə ərazisində mopedləri idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması məsələsinə baxılıb.

Fins.az bildirir ki, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsində konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Layihə üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.