AVTO

16 Dekabr

Mask “Tesla”nın səhmlərini kütləvi şəkildə satır

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin rəhbəri İlon Mask şirkətin 22 milyon səhmini 3,6 milyard dollara satıb.

Bu barədə ABŞ Qiymətli Kağızlar Komissiyasının (SEC) məlumatlarından aydın olub.

Bildirilir ki, amerikalı milyarder bazar ertəsindən etibarən səhm satır, onların qiyməti bir səhm üçün 156 ilə 176 dollar arasında dəyişir.

Noyabrın əvvəlindən birjada “Tesla” qiymətli kağızlarının dəyəri əhəmiyyətli dərəcədə - bir səhm üçün 227 dollardan 156 dollara qədər azalıb.

Noyabrın əvvəlində İlon Maskın “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satdığı bildirilmişdi.

Mənbə: RBK