Volkswagen-in bir hissəsi olan Çexiyanın avtomobil istehsalçısı Skoda Auto Çindən çıxmağı düşünür. Yekun qərar gələn il veriləcək.
Həftəlik “Automobilwoche” jurnalının məlumatına görə, bu barədə baş direktor Klaus Zellmer bildirib.
Jurnal Zellmerdən sitat gətirib: “Çox çətin rəqabət var, ona görə də biz Çin birgə müəssisəsindəki tərəfdaşımızla birlikdə bundan sonra nə edəcəyimizi düşünəcəyik”.
O əlavə edib ki, Skoda indi daha çox Hindistana diqqət yetirmək istəyir.
Volkswagen Reuters agentliyinə bildirib ki, beynəlxalq bazarlardakı vəziyyəti təhlil etmək və yerli vəziyyətə uyğun tənzimləmək Skoda üçün normal prosedurdur.
"İndiyədək strategiyada mümkün dəyişikliklə bağlı heç bir qərar verilməyib", - şirkət izah edib.