AVTO

12 Dekabr

Mercedes elektromobillərin istehsalına 1 milyard avrodan çox sərmayə qoyur

Almaniyanın Mercedes-Benz konserni Polşanın Yavor şəhərində elektromobil zavodunun tikintisinə bir milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

"Fins.az" xəbər verir ki, bunu şirkətin kommersiya avtomobilləri bölməsinin rəhbəri Matias Geissen bildirib.

"Biz Yavorda bir milyard avrodan çox sərmayə qoymaq istəyirik. Yavorda gələcəyin avtomobillərini istehsal edəcəyik", - deyə o bildirib.

Geissen bildirib ki, zavod elektrik furqonları da istehsal etməyi planlaşdırır.