AVTO

30 Noyabr

Tesla Seminin nə qədər yol qət etdiyi məlum olub

Satışlara hazırlanan "Tesla Semi" elektrik yük avtomobilinin göstəriciləri açıqlanıb.

Fins.az-ın məlumatına görə, "Tesla Semi" real şəraitdə bir dəfə doldurulmaqla 36 740 kq ağırlığında olan yük konteyneri ilə birlikdə 804 km yol qət edə bilib..

Tesla vəd edir ki, "Tesla Semi" hətta tam yüklü olduqda belə 20 saniyəyə 96 km/saat sürət götürə və magistral yolda, hətta sıldırımlı yoxuşlarda belə sürəti saxlaya bilər.

Sözügedən yüş maşınının satışları 4 dəfə təxirə salınıb. 2017-ci ildə baş tutmuş təqdimatdan sonra isə "Tesla Semi"ni sifariş etmiş ilk şirkətlərdən biri "Pepsi" olub. Şirkət 100 ədəd "Tesla Semi" sifariş edib. İ.Mask-ın sözlərinə görə, 1 dekabr tarixində "Pepsi" şirkəti artıq həmin avtomobilləri istifadəyə verə biləcək.