AVTO

28 Noyabr

Tesla-da qlobal qiymət: 60 min dollar

Dünyada "Tesla" qiymətləri ölkədən ölkəyə fərqli olsa da, bu rəqəmin 60 min dollara qədər çata biləcəyi ifadə edilir.

Fins.az xəbər verir ki, şirkətin satış gəlirinin dörddə birini təşkil edən Çin, "Tesla"nın ən ucuz satıldığı ölkə, Sinqapur isə ən bahalı "Tesla" qiymət etiketinə malik ölkədir. "Tesla"nın dünyada çox məşhur olan "Model Y" avtomobili bu il ən çox satılan beş model arasındadır və bu uğuru əldə edən yeganə elektrik avtomobili olmaq yolundadır. İlk 9 ayda 500 mindən çox insan nəqliyyat vasitəsini aldığı halda, yaşadığınız ölkədən asılı olaraq çox fərqli qiymətlərin ödənilməsi mümkündür. Materik Çin, "Model Y" almaq üçün dünyanın ən ucuz yeri kimi seçilir.

Keçən ay qiymət endirimlərindən sonra "Model Y", Çində 40 500 ABŞ dolları başlayır ki, bu da "ABŞ"ın pərakəndə satış qiymətinin yarısından bir qədər çoxdur

© facemark.az