AVTO

21 Noyabr

Tesla 300 mindən çox elektromobilini geri çağırır

Elektromobil istehsalçısı "Tesla" ABŞ-da 321 min avtomobilini geri çağırır.

Fins.az şirkətə istinadən xəbər verir ki, buna səbəb arxa işıqlarda yaranan problemlər olub.

Geri çağrılan avtomobillər 2023 "Model 3" və 2020-2023 "Model Y" avtomobilləridir.

Əlavə edək ki, ötən həftə "Tesla"nın səhmləri 3% ucuzlaşaraq təxminən 2 ilin minimumuna enib.