AVTO

14 Noyabr

Bakı Limanında aşırılan avtomobillərin sayının artması nə ilə bağlıdır?

“Bu ilin sonuna qədər Bakı Limanı vasitəsilə 6 milyon tona yaxın yükün aşırılması gözlənilir”.

“Fins.az” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

O bildirib ki, bu da ötən illə müqayisədə 10-12 faizdən çox artım deməkdir. X.Həsənli qeyd edib ki, Bakı Limanında aşırılan minik avtomobillərinin sayının artması Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır: “Ənənəvi olaraq minik avtomobilləri Rusiya üzərindən Orta Asiyaya daşınıb. Hazırda isə minik avtomobilləri Azərbaycan üzərindən Orta Asiyaya daşınır”