AVTO

11 Noyabr

Elektromobillər üçün II və III səviyyə enerji doldurucuları idxal rüsumundan azad edilib

Azərbaycanda elektrik mühərrikli avtomobillər üçün II və III səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.

Fins.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov ötən gün Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Hökumət başçısının imzaladığı yeni qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.