AVTO

30 Oktyabr

Avropada benzin və dizel avtomobillərinə QADAĞA – Tarix AÇIQLANDI

Avropa İttifaqı (Aİ) qurumları 2035-ci ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan etmək barədə razılığa gəliblər.

Fins.az xəbər verir ki, Aİ Şurası və Avropa Parlamenti üzv ölkələr arasında nəqliyyat vasitələri üçün yeni karbon emissiya standartlarını razılaşdırıblar.

Razılaşmaya görə 2035-ci ildən etibarən AB-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyalı olmalıdır. Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını 100 faiz azaldacaqlar.

Qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək. 2030-cu ilə qədər emissiyanın azaldılması hədəfi minik avtomobilləri üçün 55 faiz, pikap yük maşınları üçün isə 50 faiz olacaq.

Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.

Sfera.az