AVTO

26 Oktyabr

Üçüncü böyük xarici avtomobil istehsalçısı da Rusiyanı tərk etdi

“Renault” və “Nissan”dan sonra “Mercedes-Benz” də Rusiya bazarını tərk edib.

“Mercedes-Benz RUS” (Almaniya avtokonserni “Mercedes-Benz AG”nin Rusiyadakı törəmə müəssisəsi) Moskva vilayətinin Esipovo şəhərindəki avtomobil zavodunu “Avtodom” diler holdinqinə satıb.

“Danışıqlar prosesi nəticəsində biz investisiya müqaviləsi üzrə razılığın yekun mərhələsinə çata bildik”, - deyə Rusiyanın Sənaye və Ticarət Nazirliyi bildirib.

“Mercedes-Benz” 2021-ci ilin sonunda Rusiyadakı aktivlərini iki milyard avro qiymətləndirmişdi.