"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor vəzifəsinə təyinat olub.
Fins.az xəbər verir ki, bu vəzifə qurumun Nəzarət-təftiş komitəsinin üzvü, avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyevə həvalə edilib.
Vəzifə təyinatı ilə bağlı qərar AADA-nın geniş tərkibdə toplantısında qəbul edilib. Toplantıda həmçinin Assosiasiyanın İdarə Heyəti tam formalaşdırılıb.
© Report