Yaponiyanın avtomobil istehsalçısı “Nissan” Rusiyadakı fəaliyyətini yerli tərəfdaşına keçirəcəyini və Rusiya istehsal bazarından çıxacağını açıqlayıb.
“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda şirkət açıqlama yayıb.
“Nissan”ın Rusiyadan çıxmasının 100 milyard yen (680 milyon dollar) “təsiri” olacağı bildirilib.
Qeyd edək ki, şirkət Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, mart ayında Rusiyada istehsalını dayandırıb.