Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sankt-Peterburqdakı “Nissan” zavodu və şirkətin Moskvadakı satış və marketinq mərkəzi Rusiyanın dövlət mülkiyyətinə keçəcək.
Fins.az Banker.az-a istinadən müqavilənin məbləği açıqlanmır. Nazirlik bildirib ki, müqaviləyə “Nissan Manufacturing Rus”un növbəti altı il ərzində həyata keçirilə biləcək payının geri alınması variantı da daxildir.
Bundan əvvəl, sentyabrın 12-də Sankt-Peterburqdakı Nissan zavodunda dayanma müddətinin 2022-ci ilin sonuna qədər uzadıldığı bildirilmişdi. Yaponiyanın “Nikkei Shimbun” qəzeti bu qərara səbəb kimi hissələrin Avropa və Yaponiyadan tədarükü ilə bağlı çətinlik olduğunu yazmışdı.