AVTO

10 Oktyabr

Mixael Şumaxerin çempionluq bolidi satışa çıxarılıb

2003-cü ildə Mixael Şumaxer “Scuderia Ferrari Marlboro” zavod komandası ilə mövsüm ərzində altı Qran Pri qazanaraq altıncı dəfə “Formula 1” çempionu oldu. Həmin çempionatın qalib avtomobillərindən biri də mövsümün ortalarında təqdim edilən “Ferrari F2003-GA” idi.

İndi alman yarışçıya beş qələbə gətirən 229 şassi nömrəli avtomobili təxminən on milyon dolları olan hər kəs ala bilər.

Yarış karyerasının sonundan bəri avtomobil 250 kilometrdən az məsafə qət edib ki, bunun da bir hissəsi Mik Şumaxerin xidməti olub. Belə ki, əfsanəvi sürücünün oğluna 845 at güclü 3,0 litrlik V10 mühərriki ilə işləyən avtomobili Fioranoda bir neçə dövrə sürmək imkanı verilib.

“Qırmızı Baron”un İspaniya, Avstriya, Kanada, İtaliya və ABŞ-dakı yarışlarda qalib gəldiyi avtomobil 2022-ci ildə “Ferrari Formula 1 Clienti” bölməsində hərtərəfli restavrasiyadan keçib.

Noyabrın 9-da keçiriləcək “Sotheby's” hərracında “Ferrari F2003-GA” üçün satıcılar 7,5 milyon dollardan 9,5 milyon dollara qədər qazanc əldə etməyi düşünürlər.

Mənbə: motor.ru