Yaponiyanın Toyota şirkəti 296 000-dən çox müştərinin bəzi məlumatlarının sızdığı barədə açıqlama yayıb.
Fins.az xəbər verir ki, söhbət T-Connect xidmətinin istifadəçilərinin elektron poçt ünvanlarından gedir.
Şirkətin məlumatına görə, iddia edilən sızma podratçının bəzi istifadəçi məlumatlarının saxlandığı serverə giriş açarını ehtiva edən mənbə kodun üçüncü tərəfin xidmət hissəsinə yükləməsi səbəbindən baş verə bilər. Bu səbəbdən, 2017-ci ilin dekabrından cari ilin 15 sentyabrına qədər üçüncü tərəf bu məlumatı əldə edə bilər.
Eyni zamanda, qeyd edilib ki, adlar, telefon nömrələri, yaşayış ünvanları və kredit kartı nömrələri daxil olmaqla, həssas məlumatların sızması mümkün deyil.