AVTO

08 Oktyabr

Avropanın ən bahalı avtomobil şirkəti bəlli oldu

Sentyabrın sonunda birjaya çıxan “Porsche” Avropanın ən dəyərli avtomobil istehsalçısı olub.

Satışa çıxarılandan bəri “Porsche” səhmləri sabit artım nümayiş etdirir.

Nəticədə, 6 oktyabr 2022-ci ildə şirkətin ümumi dəyəri 85 milyard avroya çatıb.

Sonrakı yerləri “Volkswagen” konserni (77,7 milyard avro), “Mercedes-Benz” (57,2 milyard avro) və BMW (47,5 milyard avro) tutub.

Mənbə: gazeta.ru