AVTO

28 Sentyabr

Azərbaycanda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Fins.az-a nazirlikdən bildirilib.

Məlumata gpörə, avtomobillər üçün sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, ilkin satış qiyməti 3 250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( //clck.ru/32AsZQ )

Növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.